İran yeni ballistik raketini təqdim edib

İran yeni ballistik raketini təqdim edib

İran yeni hazırladığı “yer-yer” tipli “Rezvan” adlı ballistik raketini ictimaiyyətə təqdim edib.

“Poliqon” “Iran International” saytına istinadən xəbər verir ki, ballistik raket İran Silahlı Qüvvələrinin hərbi paradında nümayiş olunub.

İran mediasında yer alan məlumatlara görə, duru yanacaqlı mühərriklə təchiz edilən “Rezvan” ballistik raketi 1400 kilometrə qədər mənzilə və ayrıla bilən döyüş başlığına sahibdir. “Rezvan” ballistik raketini müxtəlif stasionar və mobil platformalardan buraxmaq mümkündür.

Bundan başqa, hərbi paradda İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Aviasiya və Kosmik Qüvvələrinin müəssisəsində hazırlanan və 1450 kilometr mənzilə sahib olan “Kheybar-Shekan” raket sistemi də nümayiş etdirilib.

Poliqon.az

CATEGORIES
TAGS