
İran yeni mobil radarını təqdim edib
İran Hava Hücumundan Müdafiə Qüvvələrinin Yeni Texnologiyalar üzrə Tədqiqat Mərkəzində dizayn və istehsal edilən “Kasef-99” adlı yeni radarın təqdimatı keçirilib.
Bu barədə Azeri Defence saytı “Fars” xəbər agentliyinə istinadən məlumat verib.
“Xatəm-ül-Ənbiya” Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı general Əlirza Sabahi Fardın iştirakı ilə keçirilən təqdimat mərasimində bildirilib ki, yeni radar 12 km məsafədən eyni zamanda 300-ə qədər kiçik ölçülü uçan obyekti aşkar edə bilir.
3D formatlı “Kasef-99” mobil radar sistemi sabit qurğu və ya nəqliyyat vasitələri üzərində istifadə edilir.
CATEGORIES Xəbərlər