İranda yeni süzən sursat hazırlanıb
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən Quru Qoşunlarının döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artıracağı gözlənilən yeni kamikadze pilotsuz uçuş aparatı (PUA) hazırlanıb.
“Poliqon”un “Tasnim” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hələlik adı və texniki xüsusiyyətləri açıqlanmayan yeni kamikadze PUA süzən sursat kimi təsnif edilir.
Bildirilib ki, İranın yeni süzən sursatı Rusiyanın “Zala Aero Group” şirkəti tərəfindən istehsal olunan “Lancet” süzən sursatına bənzəyir. SEPAH-ın bu məhsulu hazırlayan zaman Rusiya istehsalı olan “Lancet”dən bəhrələndiyi fərz edilsə, o zaman İranın yeni süzən sursatı 30-60 dəqiqə havada qalma müddətinə, 40 kilometr əməliyyat məsafəsinə və 3-6 kiloqram faydalı yük daşımaq bacarığına malik olmalıdır.