İranda yeni TƏİR kompleksi yaradılıb

İranda yeni TƏİR kompleksi yaradılıb

İran yeni yüksək texnologiyalı tank əleyhinə idarə olunan raket kompleksinə (TƏİRK) sahiblənib.

“Poliqon”un məlumatına görə, “Tasnim” xəbər agentliyi, İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları “Almaz” adlı raketlə təchiz edimiş yeni 3-cü nəsil TƏİRK-i silahlanmaya daxil etdiyini bildirib.

“Almaz” TƏİRK ilk dəfə 2017-ci ildə “Ababil-III” kəşfiyyat-zərbə pilotsuz uçuş aparatının (PUA) standart silahlanması kimi təqdim olunan eyni adlı hava platformalı raketin əsasında yaradılıb. TƏİRK yüksək texnologiyalara əsaslanan özütuşlama başlığına və tandem döyüş hissəsinə sahibdir.

Bəyan edilən hədəf məhvetmə məsafəsi 8 km-ə qədərdir. Lakin reallıqla çətinliklə uyğunlaşır və çox güman ki, bu göstərici “hava-yer” variantında buraxılan zaman aktualdır və “yer-yer” variantında bu parametr xeyli aşağı olacaq.

Bəzi xarici hərbi mütəxəssislər “Almaz” TƏİRK-in İsrailin “Spike-LR” TƏİRK-inə bənzədiyini qeyd edir və İranın tərs mühəndislik yolu ilə İsrail qənimətinə əsaslanan öz raketini yaratdığına işarə edirlər.

Əhəd Əzizov

CATEGORIES
TAGS