İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb – VİDEO

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb – VİDEO

Fevral ayının 6-da saat 00:18-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən 1  nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, sərhəd zastavasının xidməti ərazisi qapadılıb, sərhəd pozucusu müşahidə kameraları vasitəsilə nəzarətə götürülərək sərhəd naryadı tərəfindən saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş 1980-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Mansurov Babək Rəfail oğlu olması müəyyən edilib, dövlət sərhədini narkotik vasitə gətirmək məqsədilə pozduğunu etiraf edib.

Üzərinə baxış keçirilərkən ümumi çəkisi 7 kiloqram 165 qram narkotik vasitə “marixuana”, 0.005 qram “heroin”, 0.005 qram “metamfetamin”, 10 ədəd “metadon M-40” həbi, şəxsi istifadəsi üçün 1 büküm “tiryək” və 2 büküm “marixuana” aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Poliqon.az

CATEGORIES