İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinə cəhd göstərilib

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinə cəhd göstərilib

Sərhəd təhlükəsizliyinin artırılması məqsədilə dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Məbuat Mərkəzindən “Poliqon”a bildirilib ki, oktyabr ayının 26-da saat 16:40-da DSX Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqram 96 qram narkotik vasitə marixuananın İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

CATEGORIES