İraq Almaniyadan KF41 “Lynx” PDM almaq istəyir
İraq Almaniyanın “Rheinmetall” şirkətindən KF41 “Lynx” piyadanın döyüş maşını (PDM) almaq istəyir.
“Poliqon”un məlumatına görə, bununla əlaqədar İraq hərbi nümayəndələri “Rheinmetall” şirkəti ilə danışıqlara başlayıb.
KF41 “Lynx” PDM “Rheinmetall” şirkətinin 35 mm-lik topla silahlanmış “A Lance 2.0” qülləsi və 7,62 mm-lik koaksial pulemyotla təchiz edilib. KF41 “Lynx” PDM-in gövdəsinin ön hissəsində 850 kVt-lıq (1140 at gücü) “Liebherr” mühərriki və “Renk” transmissiyası yerləşir. KF41 “Lynx” PDM-in uzunluğu 7,7 m, çəkisi 10 tondan çoxdur.
“Lynx” PDM-in 2018-ci ilin iyulun 12-də nümayiş olunana KF41 variantı personal daşıyıcısı, komanda və ya təcili yardım maşını kimi konfiqurasiya edilə bilər. PDM müxtəlif təhlükələrin öhdəsindən gəlmək üçün çeviklik təmin edir, ballistik raket və minalardan mühafizə olunur.
Qeyd edək ki, “Lynx” PDM Macarıstan, Avstraliya kimi ölkələrin ordusunda istifadə olunur.
Rizvan Fikrətoğlu