İraq Silahlı Qüvvələri arsenalını gücləndirir

İraq Silahlı Qüvvələri arsenalını gücləndirir

İraq Ordusu müxtəlif təyinatlı müdafiə sistemləri, o cümlədən Fransanın “Rafale” döyüş təyyarələri, pilotsuz uçuş aparatları və artilleriya sistemləri, habelə Rusiya ilə əlavə T-90 tanklarının tədarükünə dair danışıqlar aparır. Bəzi danışıqlar inkişaf mərhələsinə çatıb.

“Poliqon” xəbər verir ki, bu barədə əvvəllər İraqın daxili işlər nazirinin və Müdafiə Nazirliyinin baş katibinin müşaviri olmuş, hazırda “NAMEA Group” şirkətinə rəhbərlik edən Norman Riklefs “Defence News”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Fransa və Pakistan hər biri İraqa 20 ədəd pilotsuz uçuş aparatının tədarükünü təklif edib. Fransa və Pakistan tərəfindən təklif edilən PUA-ların növü və sayı hələ ki məlum deyil. Fransanın təklif etdiyi PUA-ları test etmək üçün yaxın vaxtlarda İraq nümayəndə heyətinin Fransaya səfəri planlaşdırılıb. Bundan əlavə, İraq Ordusu Fransadan özüyeriyən haubitsa sistemləri də almaq niyyətindədir.

İraq həmçinin, Fransa ilə 2021-ci ilin sentyabrında 14 ədəd “Rafale” döyüş təyyarəsinin alınmasına dair 240 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb. İraq Fransaya həmin məbləği nağd pulla deyil, neft ilə ödəyəcəyinə dair öhdəlik götürüb.

Habelə, İraq Rusiyadan 2016-cı ildə 73 ədəd T-90 tankı sifariş etməsinə baxmayaraq, bu tanklardan əlavə almağı planlaşdırıb. Bildirilib ki, İraq Hərbi Hava Qüvvələri yüngül təlim-döyüş təyyarələrinə olan ehtiyacını qarşılamaq üçün Pakistanla MFI-395 “Super Mushshak” təyyarələrinin alqı-satqısına dair danışıqlar aparır.

Bundan başqa, İraq Türkiyədən açıqlanmayan sayda “Bayraktar TB2” PUA, 12 ədəd T129 ATAK helikopteri və 6 ədəd elektron döyüş sisteminin alınmasına dair razılığa gəlib. Həmçinin bax: İraq hava hücumundan müdafiə sistemləri axtarışındadır

T 90

T-90 tankları

rafaele

“Rafale” döyüş təyyarələri

MFI 395 Super Mushshak

MFI-395 “Super Mushshak” təyyarələri

Bayraktar TB2 SIHA 15

“Bayraktar TB2” PUA

T129 ATAK 5

T129 ATAK helikopteri

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS