
İraq Türkiyədən T129 ATAK helikopterləri və “Bayraktar TB2” PUA-ları alacaq
İraq Silahlı Qüvvələri Türkiyədən “Bayraktar TB2” pilotsuz uçuş aparatları (PUA) və T129 ATAK helikopterləri alacaq.
“Poliqon” xəbər verir ki, İraqın müdafiə naziri bununla bağlı Türkiyə tərəfi ilə IDEF-2021 sərgisi çərçivəsində müzakirələr aparıb.
İraq müdafiə naziri Cuma İnad Sadun sözlərinə görə, Türkiyə ilə “Bayraktar TB2” PUA və T129 ATAK helikopterlərinin satın alınmasına dair razılıq əldə olunub.
Qeyd edək ki, Türkiyənin TUSAŞ və İtaliyanın “AgustaWestland” şirkəti tərəfindən birgə hazırlanmış T129 ATAK təkmilləşdirilimiş iki mühərrikli, tandem oturacaqlı, çoxfunksiyalı helikopterdir. T129 ATAK helikopteri gündüz və gecə, müxtəlif hava şəraitində kəşfiyyat və hücum əməliyyatlarını həyata keçirə bilir. Türkiyənin “Baykar” şirkəti tərəfindən dizayn və istehsal edilən “Bayraktar TB2” PUA-ları kəşfiyyat, müşahidə və silahlı hücum missiyalarını həyata keçirə bilir.
Rizvan Fikrətoğlu