IRIS-T raketi POLARIS-in pilotsuz daşıyıcı sistemlərinə inteqrasiya olunacaq

IRIS-T raketi POLARIS-in pilotsuz daşıyıcı sistemlərinə inteqrasiya olunacaq

“Paris Air Show-2025” aviasiya sərgisi çərçivəsində Almaniyanın “Diehl Defence” və “POLARIS Raumflugzeuge GmbH” şirkətləri arasında əməkdaşlıq sazişi imzalanıb.

Bu barədə “Poliqon” “Diehl Defence” şirkətinə istinadən xəbər verib.

Bildirilib ki, sazişin məqsədi POLARIS-in pilotsuz daşıyıcı sistemlərinin “Diehl Defence”nin silah sistemləri ilə təchiz edilməsidir. Bu çərçivədə “Diehl Defence”nin IRIS-T “hava-hava” raketi raketinin POLARIS-in pilotsuz daşıyıcı sisteminə inteqrasiyası nəzərdə tutulur.

Qeyd olunub ki, sözügedən layihədən yaranacaq “Airborne Launching and Attack System” (AirLAS) sistemi yeni dinamika yaradaraq Silahlı Qüvvələrə genişləndirilmiş imkanlar təqdim edəcək. Uzun mənzil və əhəmiyyətli dərəcədə artırılmış təsir sahəsini özündə birləşdirəcək “AirLAS” sisteminin ilk uçuş sınaqları artıq bu il üçün planlaşdırılıb.

CATEGORIES