
İşğaldan azad edilmiş ərazilərdə daha 15 ədəd mina aşkarlanıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.
2022-ci il yanvarın 10-dan 15-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 517 977 m2 (51.8 ha) ərazi yoxlanılıb, 14 ədəd piyada və 1 ədəd tank əleyhinə mina, 112 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.
CATEGORIES Xəbərlər