İsmail Dəmir: Türkiyə və Azərbaycan çiyin-çiyinə dayandıqca, bütün çətinlikləri dəf edəcəklər

İsmail Dəmir: Türkiyə və Azərbaycan çiyin-çiyinə dayandıqca, bütün çətinlikləri dəf edəcəklər

103 il əvvəl işğal altındakı torpaqları azad etmək üçün qurulan Azərbaycan Silahlı Qüvvələri bu gün də eyni əzmlə Qarabağı işğaldan azad edərək böyük bir zəfər qazandı.

Bu fikirləri Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə “Poliqon” jurnalına ünvanladığı məktubda Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir deyib.

“Dost və qardaş Azərbaycanın 30 illik Qarabağ işğalına son qoyan qəhrəman ordusunu təbrik edirəm.
Qarabağın azadlığı uğrunda mübarizədə şəhid olan qardaşlarıma Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı verir, qazilərimizin tezliklə sağalmasını diləyirəm.

Müdafiə Sənayemiz təhlükəsizlik qüvvələrimizin ehtiyaclarını qarşılaması ilə yanaşı hər zaman dost və qardaş ölkələrin yanında olub.

“Bir millət, iki dövlət” prinsipi Azərbaycanla həmrəyliyimizin əsasını təşkil edir. Qardaşlığımız və əməkdaşlığımız sülhün və sabitliyin ən böyük qarantı olacaqdır.

Türkiyə və Azərbaycan çiyin-çiyinə dayandıqca, bütün çətinlikləri dəf edəcəklər. Bütün imkanlarımızla qardaş Azərbaycanın yanında olmağa davam edəcəyik.

Bu münasibətlə Qardaş Azərbaycan Silahlı Qüvvələri Gününün 103-cü ildönümünü təbrik edirəm və qəhrəman hərbi qulluqçuları ürəkdən sevgim və məhəbbətimlə salamlayıram.

Poliqon.az

CATEGORIES
TAGS