İspaniya bu ay Ukraynaya 6 ədəd “Leopard” tankı göndərəcək

İspaniya bu ay Ukraynaya 6 ədəd “Leopard” tankı göndərəcək

İspaniya aprel ayının ikinci yarısında Ukraynaya 6 ədəd “Leopard” göndərməyi planlaşdırır.

“Poliqon” xəbər verir ki, bunu İspaniyanın müdafiə naziri Marqarita Robles “Television Espanola” kanalına müsahibəsi zamanı deyib.

O bildirib ki, Madridin Kiyevə təhvil verməyi planlaşdırdığı daha 4 ədəd döyüş texnikasının təmir-bərpa olunmasına artıq başlanılıb.

Eyni zamanda, nazir İspaniyanın döyüş təyyarələrinin Ukraynaya tədarükü ehtimalını istisna edib.

Poliqon.az

CATEGORIES
TAGS