İspaniya HHM imkanlarını yeni NASAMS ZRK-lərlə gücləndirir

İspaniya HHM imkanlarını yeni NASAMS ZRK-lərlə gücləndirir

Norveçin “Kongsberg Defence & Aerospace” (KONGSBERG) şirkəti İspaniya Silahlı Qüvvələrinə NASAMS zenit-raket kompleksləri (ZRK) tədarük edəcək.

“Poliqon” KONGSBERG-ə istinadən xəbər verir ki, bununla bağlı şirkət və İspaniya hökuməti arasında dəyəri təxminən 410 milyon avro olan müqavilə imzalanıb.

Orta mənzilli zenit-raket kompleksi olan NASAMS Norveçin KONGSBERG və ABŞ-ın “Raytheon” şirkəti tərəfindən birlikdə istehsal edilir. O, son illərdə NATO ölkələri tərəfindən ən çox satınalınan hava hücumundan müdafiə sistemidir.

Qeyd edək ki, NASAMS-ın ilk beynəlxalq istifadəçisi İspaniya olub və ölkə 20 ildən artıqdır bu ZRK-ləri istismar edir. İspaniyanın NASAMS zenit-raket kompleksləri ilə təchiz edilən bölmələri hazırda NATO-nun Havadan Mühafizə Missiyasının bir hissəsi kimi Baltikyanı ölkələrdə yerləşdirilir.

CATEGORIES
TAGS