İspaniya HÜRJET təlim təyyarəsinə böyük maraq göstərir
İspaniya Müdafiə Nazirliyi köhnəlmiş F-5 təlim təyyarələrini aviasiya parkından çıxarmaq planı üzərində işləməyə davam edir.
“Poliqon” xəbər verir ki, bu barədə “İnfodefensa” nəşrinə verdiyi müsahibədə İspaniyanın Müdafiə üzrə Dövlət Katibi Amparo Valcarce bildirib.
Onun sözlərinə görə, köhnə F-5-lərin yeni təlim təyyarələri ilə əvəzlənməsi İspaniya Müdafiə Nazirliyinin satınalma layihələri arasında birinci yerdədir.
Hazırda bunun üçün fərqli namizədlərlə danışıqların aparıldığını söyləyən A.Valcarce vurğulayıb ki, bunların arasında Türkiyənin TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilən HÜRJET təlim təyyarəsi önə çıxır.
Qeyd edək ki, İspaniya sözügedən proqram çərçivəsində İtaliyanın M-346 və Cənubi Koreyanın T-50 təlim təyyarələrini də nəzərdən keçirir.
Həmçinin bax: İspaniya Türkiyədən “Hürjet” təlim təyyarəsi ala bilər