İspaniya Ordusu 200-dən çox özüyeriyən artilleriya qurğusu almağı planlaşdırır

İspaniya Ordusu 200-dən çox özüyeriyən artilleriya qurğusu almağı planlaşdırır

İspaniya Ordusu köhnəlmiş M109 özüyeriyən artilleriya qurğularını əvəz etmək üçün 200-dən çox ÖAQ almağı planlaşdırır.

“Poliqon” “The Defense Post” nəşrinə istinadən xəbər verir ki, planlaşdırılan satınalma 3 milyard avrodan (3.4 milyard ABŞ dolları) çox dəyəri olan iki ayrı alt proqram çərçivəsində həm təkərli, həm də tırtıllı artilleriya bölmələrini və onlara aid olan texnikaları əhatə edir.

Birinci alt proqram çərçivəsində həm İspaniya Quru Qoşunları, həm də Dəniz Piyadaları üçün ümumilikdə 1.8 milyard avro dəyərində 128 tırtıllı ÖAQ-ın alınacağı bildirilir.

İspaniya Sənaye və Turizm Nazirliyinin sənədinə əsasən, bu platforma yüksək hərəkət qabiliyyətinə və avtomatlaşdırmaya malik olmalı, az sayda ekipaj və qısa reaksiya müddəti tələb etməlidir. ÖAQ-ın lüləsi 47-dən 52 kalibrə qədər olmalı və “base-bleed” mərmilərlə 40 kilometrdən (25 mil) artıq atış məsafəsinə malik olmalıdır.

Birinci alt proqrama 128 ədəd ÖAQ-la yanaşı, 128 ədəd sursat daşıyan texnika, 21 ədəd təmir-bərpa maşını, Quru Qoşunları üçün 48 ədəd komanda maşını, Dəniz Piyadaları üçün 11 ədəd komanda maşını və istəyə bağlı olaraq 7 texniki xidmət maşını daxildir.

İkinci alt proqram çərçivəsində ordu üçün ümumilikdə 86 ədəd təkərli ÖAQ alınacaq. Bundan əlavə, eyni sayda sursat daşıyan texnika, 14 ədəd təmir-bərpa maşını və istəyə bağlı 7 ədəd texniki xidmət maşını alınacaq. Bu proqramın dəyəri 1.1 milyard avro təşkil edir.

CATEGORIES
TAGS