İspaniya Türkiyədən “Hürjet” təlim təyyarəsi ala bilər

İspaniya Türkiyədən “Hürjet” təlim təyyarəsi ala bilər

İspaniyanın Hava-Kosmik Qüvvələri köhnəlmiş F-5 təlim təyyarələrini dəyişdirməyi planlaşdırır.

“Poliqon” “Aviation Week” nəşrinə istinadən xəbər verir ki, bunu İspaniya Hava-Kosmik Qüvvələrinin nümayəndəsi Huqo Qarsia Qalan açıqlayıb.

O bildirib ki, hazırda İspaniyanın Hava-Kosmik Qüvvələri tərəfindən F-5-ləri əvəzləmək üçün “Boeing” şirkətinin T-7 (ABŞ), “Korea Aerospace Industries”in T-50 (Cənubi Koreya), “Leonardo”nun M-346 (İtaliya) və TUSAŞ-ın “Hürjet” (Türkiyə) təlim təyyarələrini qiymətləndirilir və onların tenderdə iştirak etməsi nəzərdə tutulur. Hələlik isə tenderin keçiriləcəyi tarix tam olaraq müəyyənləşdirilməyib.

Qeyd olunub ki, İspaniya F-5-lərin aviasiya parkından çıxarılmasını 2028-ci ildən sonrası üçün təxirə salıb və bu qrafik yeni təlim təyyarələrinin satın alınmasından asılı olaraq dəqiqləşdiriləcək.

H.Q.Qalanın sözlərinə görə, İspaniya gələcəkdə aviasiya parkında yer alacaq altıncı nəsil döyüş təyyarəsi pilotlarının hazırlanması üçün özünün yeni təlim təyyarəsi layihəsini də başlada bilər. Bu təyyarənin hazırlanması isə başqa bir Avropa ölkəsi ilə tərəfdaşlığı nəzərdə tutur. Həmin ölkə ilə bağlı potensial namizədlər arasında Fransa, İtaliya və Böyük Britaniya yer alır.

 

CATEGORIES
TAGS