İspaniya Ukraynaya silah və hərbi texnikanın ən böyük partiyasını çatdırıb
İspaniya “Ysabel” logistika gəmisi ilə Ukraynaya 200 ton silah və hərbi texnika çatdırıb.
“Poliqon” xarici mediaya istinadən xəbər verir ki, silah və hərbi texnika ilə dolu “Ysabel” gəmisi Ukraynanın Qdinya limanına daxil olub.
Hərbi yardım paketinə açıqlanmayan sayda silahlarla yanaşı 30 ədəd yük maşını və 10 ədəd yüngül yolsuzluq avtomobili daxil edilib.
Qeyd edək ki, hərbi yardım “Ysabel” gəmisi ilə aprelin 22-də İspaniya Ordusunun Cadizdəki Rota bazasından yola düşüb. Bu, İspaniya tərəfindən indiyədək Ukrayna Silahlı Qüvvələrinə verilən ən böyük hərbi yardımdır.
Poliqon.az
CATEGORIES Xəbərlər