İspaniyada HDQ üçün yeni nəsil freqat inşa edilir

İspaniyada HDQ üçün yeni nəsil freqat inşa edilir

İspaniya Hərbi Dəniz Qüvvələri (HDQ) yeni freqatlarla silahlanmağa hazırlaşır.

“Poliqon” xəbər verir ki, “Navantia” şirkətinin mətbuat xidməti F-110 proqramının ilk freqatı üçün polad kəsmə mərasiminin keçirildiyini elan edib.

İspaniyada yeni nəsil freqatların yaradılması üzrə işlərə hələ 2010-cu ildə başlanılıb, lakin hərbi büdcənin azaldılması səbəbindən onların tikintisinin başlanması dəfələrlə təxirə salınıb. Layihə İspaniyanın Müdafiə Nazirliyi və “Navantia” dövlət şirkəti tərəfindən birgə həyata keçirilir.

İlkin planlara əsasən, İspaniya (HDQ) üçün freqatların tikintisinə 2020-ci ilə qədər başlanmalı və onların təhvil verilməsi 2023-2027-ci illərdə həyata keçirilməli idi. Lakin tikintinin başlanmasının təxirə salınmasından irəli gələrək, silahlanmaya daxil ediləcək beş gəminin inşasının 2027-2031-ci illər arasında həyata keçirilməsi planlaşdırılır. Tikintinin dəyəri 4,3 milyard avro olaraq qiymətləndirilir.

F-110 layihə gəmiləri ABŞ-ın “Oliver Hazard Perry” sinif gəmisinin bir qədər dəyişdirilmiş versiyası olan “Santa Maria” sinifli freqatları (həmçinin FFG və F-80 kimi tanınır) əvəz edəcək. İlkin layihəyə əsasən, F-110 layihəsinin gəmilərinin uzunluğu 145 m, subasma qabiliyyəti isə 6000 tondan çox olacaq.

Qeyd edək ki, “Bonifa” sinifli freqatlar kimi də tanınan F110 sinifli freqatlar İspaniya HDQ üçün nəzərdə tutulmuş çoxməqsədli “Aegis” məlumat sistemli (Aegis combat system) qayıq əleyhinə döyüş gəmiləri seriyasıdır. İspaniya HDQ məlumatına görə, yeni freqatların istismar müddəti 40 il olmalı, əlavə heyət üçün yaşayış yerləri olmalı, pilotsuz uçuş aparatları, hava, surüstü və sualtı qayıqlarla işləmək qabiliyyətinə malik olmalıdır. İstənilən xüsusiyyətlər baxımından, HDQ sürətin 25 düyündən çox saxlanmasını tələb edir. Layihəyə əsasən, F110 sinif freqatlar müxtəlif tapşırıqlara çevik uyğunlaşma, dənizdə 240 gün işləmə və 18 ay yüksək hazırlıq üçün çoxməqsədli imkanlara sahib olacaq.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS