HavaXəbərlər

İspaniyada SIRTAP PUA-nın ilk taksi sınağı keçirilib

“Airbus” şirkətinin hazırladığı SIRTAP pilotsuz uçuş aparatı (PUA) İspaniya Hava-Kosmik Qüvvələrinin Getafedəki Hərbi Hava Bazasında ilk taksi sınağını uğurla tamamlayıb.

“Poliqon” “Airbus”a istinadən xəbər verir ki, sınaq zamanı PUA yerüstü idarəetmə stansiyasından tam şəkildə idarə olunub.

Sınaq çərçivəsində əyləc sisteminin, sükan idarəetməsinin, naviqasiya sensorlarının və idarəetmə stansiyasından verilən komandaların inteqrasiyası və işləmə qabiliyyəti yoxlanılıb.

Sözügedən sınaq PUA-nın avadanlıq, proqram təminatı və hərəkət dinamikası arasında qarşılıqlı əlaqənin qüsursuz şəkildə işlədiyini təsdiqləyib. Eyni zamanda, yüksək sürətli yerüstü hərəkət və sonrakı uçuş sınaqları proqramına keçməzdən əvvəl SIRTAP-ın yerdə təhlükəsiz manevr qabiliyyəti də təsdiq edilib.

Qeyd edək ki, “Airbus” cari il ərzində SIRTAP pilotsuz uçuş aparatının ilk uçuşunu həyata keçirməyi planlaşdırır.

Back to top button