
İsrail adı açıqlanmayan ölkəyə “Heron MK II” PUA-ları ixrac edəcək
İsrailin IAI (“İsrail Aerospace Industries”) şirkəti Orta Asiya ölkəsinə “Heron MK II” pilotsuz uçuş aparatları (PUA) tədarük edəcək.
Bu barədə “Poliqon” “Janes” nəşrinə istinadən məlumat verib.
IAI şirkəti adı açıqlanmayan Orta Asiya ölkəsi ilə “Heron MK II” PUA-ların alqı-satqısına dair iki müqavilə imzalayıb. Müqavilənin biri icarə, digəri isə satışı əhatə edir.
Müqaviləyə açıqlanmayan sayda PUA, kəşfiyyat yükü və yerüstü idarəetmə stansiyaları daxildir.
CATEGORIES Xəbərlər