İsrail “Arrow-3” ZRK-nin Almaniyaya satışı üçün ABŞ-dan icazə gözləyir
İsrail Müdafiə Nazirliyi “Arrow-3” zenit raket kompleksinin (ZRK) Almaniyaya satışı ilə bağlı proseduru yaxın vaxtlarda başa çatdırmağa çalışır.
“Poliqon” İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamir Berlində Almaniya Müdafiə Nazirliyinin baş direktoru Benedikt Zimmer ilə görüşü zamanı deyib.
O bildirib ki, İsrail Müdafiə Nazirliyi ABŞ hökumətindən satış üçün icazə aldıqdan sonra, layihəni irəli aparmaq və istehsal prosesinə başlamaq mümkün olacaq.
Xatırladaq ki, cari ilin iyun ayında Almaniya Bundestaqının büdcə komitəsi İsraildən raket əleyhinə müdafiə (RƏM) təyinatlı “Arrow-3” ZRK-nin və əlaqəli raketlərin satın alınması ilə bağlı ilk addımların atılmasını təsdiq edib.