İsrail “Dəmir Günbəz” üçün raket istehsalını genişləndirir

İsrail “Dəmir Günbəz” üçün raket istehsalını genişləndirir

İsrail Müdafiə Nazirliyi “Rafael Advanced Defense Systems” (“Rafael”) şirkəti ilə “Dəmir Günbəz” (“Iron Dome”) hava hücumundan müdafiə (HHM) sistemləri üçün raket istehsalını genişləndirmək məqsədilə müqavilə imzalayıb.

Bu barədə “Poliqon” İsrail Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Bildirilib ki, imzalanan müqavilə ABŞ-ın İsrail üçün ayırdığı müdafiə yardım paketindən maliyyələşdiriləcək. Bu, ABŞ-ın ayırdığı yardım paketindən istifadə edilərək bağlanan ilk satınalma müqaviləsidir.

Qeyd edək ki, ABŞ Konqresi 2024-cü ilin aprelində İsrailə 8.7 milyard dollarlıq müdafiə yardım paketini təsdiqləyib. Yardım paketinin 5.2 milyard dollarlıq hissəsi İsrailin hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün ayrılıb. Bura “Iron Dome” və “David’s Sling” sistemlərinin satın alınması, o cümlədən inkişaf mərhələsində olan lazer müdafiə sistemlərinin maliyyələşdirilməsi daxildir.

CATEGORIES
TAGS