İsrail əlavə F-35 qırıcıları ilə aviasiya parkını gücləndirir
İsrail Müdafiə Nazirliyi və ABŞ hökuməti arasında 25 ədəd F-35 döyüş təyyarəsinin tədarükü ilə bağlı 3 milyard dollar dəyərində müqavilə imzalanıb.
Bu barədə “Poliqon” İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.
Müqaviləyə əsasən, “Lockheed Martin” şirkəti tərəfindən F-35 döyüş təyyarələrinin İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) çatdırılmasına 2028-ci ildən başlanacaq.
Qeyd olunub ki, satınalma üzrə işlər tam şəkildə həyata keçirildikdən sonra İsrail HHQ-nin aviasiya parkında xidmət göstərəcək F-35-lərin sayı 75-ə yüksələcək.