İsrail “Eurosatory-2022”də yeni döyüş robotunu nümayiş etdirir

İsrail “Eurosatory-2022”də yeni döyüş robotunu nümayiş etdirir

İsrailin “RoboTeam” və “Smart Shooter” şirkətləri birgə SMASH texnologiyasından istifadə etməklə dronlara qarşı hava hücumundan müdafiəni təmin edən TIGR (Transportable Interoperable Ground Robot) taktiki robot platforması hazırlayıblar.

Poliqon” xəbər verir ki, TIGR döyüş robotu 13-17 iyun tarixlərində Fransanın Paris şəhərində keçirilən “Eurosatory-2022” sərgisində ilk dəfə nümayiş etdirilir.

Şirkət mütəxəssislərinin sözlərinə görə, yüksək mobillik xüsusiyyətinə malik TIGR robotu iki əsgər tərəfindən rahatlıqla daşına, istənilən ərazidə işləyə bilir. TIGR robotu orta ölçüyə, yüngül çəkiyə, eləcədə yüksək manevr və pilləkənlərə qalxma qabiliyyətinə malikdir. Yeni robot sərhəd nəzarəti, yeraltı və digər taktiki əməliyyat tapşırıqları üçün ideal hesab edilir.

TIGR döyüş robotu “Smart Shooter” şirkətinin istehsalı olan “Smash Hopper” uzaqdan idarə olunan yüngül silah sisitemi (LRCWS) ilə silahlandırılıb. Şirkət mütəxəssislərinin sözlərinə görə, təhlükəsiz olaraq məsafədən idarə edilən “Smash Hopper” silah sistemi “tək atış – tək vuruş” qabiliyyətinə malikdir.

“Smash Hopper” LRCWS kiçik silahların dəqiqliyini, ölümcül təsirini və davamlılığını əhəmiyyətli dərəcədə artırır. Yığcam və yüngül çəkiyə malik “Smash Hopper” silah sistemi sabit dayaq və istənilən platforma üzərinə qısa müddətdə asanlıqla inteqrasiya oluna bilir.

“Smash Hopper” taktiki bölmələrin inkişaf etmiş və gizli nəzarət, habelə dəqiqlik və öldürmə qabiliyyətinin artırılması üçün optimallaşdırılıb. Təxminən 15 kq ağırlığında olan “Smash Hopper”ə C2 idarəetmə sistemi inteqrasiya edilə bilər. “Smash Hopper” silah sistemi yer və hava hədəflərinə, o cümlədən sabit və ya hərəkət edən hədəflərə qarşı dəqiq atış imkanı verir. Elektro-optik cihazla təchiz edilən “Smash Hopper” avtomatik hədəf aşkarlama və izləmə qabiliyyətinə malikdir.

Poliqon.az

CATEGORIES
TAGS