İsrail Kanadaya F-16 döyüş təyyarələri tədarük edir

İsrail Kanadaya F-16 döyüş təyyarələri tədarük edir

İsrail Müdafiə Nazirliyinin silahlanmasından çıxarılan F-16 A/B “Netz” döyüş təyyarələrinin Kanadaya çatdırılmasına başlanıb.

Xarici mənbələrdən “Poliqon”a verilən məlumata görə, İsrail Müdafiə Nazirliyi və Kanadanın “Top Aces” aviasiya məktəbi arasında imzalanan müqaviləyə əsasən, 29 ədəd F-16 döyüş təyyarəsi Kanadaya tədarük ediləcək.

Kanada Silahlı Qüvvələri üçün aviasiya təlim xidmətmətləri göstərən “Top Aces” aviasiya məktəbinin hər bir F-16 təyyarəsi üçün təxminən 3.5 milyon ABŞ dolları ödəməsi planlaşdırılıb.

CATEGORIES
TAGS