İsrail şirkətləri Filippin üçün patrul katerləri inşa edəcək

İsrail şirkətləri Filippin üçün patrul katerləri inşa edəcək

Filippin Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün həyata keçirilən Patrul Kateri Layihəsi çərçivəsində İsrailin “İsrael Shipyards” və “Rafael Advanced System” şirkətləri ilə müqavilə bağlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Filippin Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Layihənin ilk mərhələsində “İsrael Shipyards” şirkəti ilə 127.9 milyon ABŞ dolları dəyərində 9 ədəd “Shaldag Mk” katerinin inşası üçün razılıq əldə edilib. Müqavilədə Filippin tərsanələrinin təkmilləşdirilməsi də yer alır.

Patrul Kateri Layihəsinin ikinci mərhələsində “Rafael Advanced System” şirkəti Fillipinə 79,38 milyon ABŞ dolları dəyərində uzaqdan idarə olunan “Typhoon” orta çaplı və “Mini Typhoon” kiçik çaplı silah sistemləri, o cümlədən “Typhoon MLS” raket sistemləri və “Spike NLOS” raketləri tədarük edəcək.

CATEGORIES
TAGS