İsrail şirkətləri Yunanıstanın “Apache”lərini silahlandıracaq

İsrail şirkətləri Yunanıstanın “Apache”lərini silahlandıracaq

Yunanıstan Sulahlı Qüvvələrin aviasiya parkında yer alan AH-64 “Apache” helikopterlərini modernləşdirməyi planlaşdırır.

“AzeriDefence”nin “C4 Defence”ə istinadən verdiyi xəbərə görə, 19 ədəd AH-64 “Apache” helikopterinin modernizasiyasının maliyyə xərcləri 35 milyon ABŞ dolları təşkil edir.

Modernizasiya çərçivəsində helikopterin TADS/PNVS gecə görmə sensorları İsrailin “Elbit Systems” şirkətinin istehsalı olan yeni sistemlərlə əvəz ediləcək. Habelə IHADSS (Integrated Helmet and Display Sighting System) sistemi yenilənəcək.

Yunan mediasında yer alan məlumatlara görə, AH-64 “Apache” helikopterləri modernizasiya nəticəsində İsrailin “Rafael” şirkətinin istehsalı olan ultra-uzun məsafəli “Spike” NLOS və “Spike” ER2 raket sistemləri ilə silahlandırılacaq.

Məlumatda o da qeyd olunub ki, Yunanıstan Ordunun invertaındakı S-70B-6 “Aegean Hawk” helikopterlərinə də “Spike NLOS” raketləri inteqrasiya etməyi planlaşdırır.

CATEGORIES
TAGS