
İsrail yeni hücum helikopteri və yanacaqdoldurma təyyarələri almaq üçün ABŞ ilə müqavilə imzalayıb
İsrail hökuməti “Lockheed Martin” şirkətindən köhnə Sikorsky CH-53 “Yas’ur” hücum helikopterlərini əvəz etməkdən ötrü 12 ədəd CH-53K “King Stallion” helikopterinin alınması üçün ABŞ hakimiyyəti ilə müqavilə imzalayıb.
“Poliqon” xəbər verir ki, bundan başqa, müqaviləyə əsasən ABŞ-ın “Boeing” korporasiyasının istehsalı olan 2 ədəd KC-46 yanacaqdolduran təyyarə də alınacaq.
Müqavilənin məbləği təxminən 2 milyard ABŞ dollarıdır.
Əhəd Əzizov
CATEGORIES Xəbərlər
