
İsrail zirehli maşın parkını yeni JLTV-lərlə genişləndirir
İsrail Müdafiə Nazirliyi ABŞ-dakı nümayəndəliyi vasitəsilə ölkənin Müdafiə Qüvvələri üçün JLTV (Joint Light Tactical Vehicle) zirehli nəqliyyat vasitələri alır.
“Poliqon” İsrail Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tərəflər arasında zirehli maşınların alınması ilə bağlı müqavilə imzalanıb.
Təxminən 26 milyon ABŞ dolları dəyərində olan müqavilə həmçinin tam texniki xidmət və təminat paketini də əhatə edir.
TAGS Manşet


