İsrailin “Sigma”sı ABŞ-ın “Paladin”ini əvəz edəcək

İsrailin “Sigma”sı ABŞ-ın “Paladin”ini əvəz edəcək

Artıq 2023-cü ildə İsrail Müdafiə Ordusu (IDF) 155 mm çaplı yeni təkərli özüyeriyən artilleriya qurğusu (ÖAQ) ala bilər.

“Poliqon” xəbər verir ki, “Janes” nəşri İsrailin “Elbit Systems” şirkətinin yeni “Sigma” ÖAQ üzərində işlədiyini bildirib.

Perspektivli ÖAQ, 10×10 təkər formullu “Oshkosh Defense” şassisi üzərində qurulacaq. Qurğunun döyüş bölməsi tam avtomatlaşdırılacaq və NATO JBMoU standartına uyğun 23 litr həcmli yanma kamorası olan 155 mm-lik 52 çap uzunluqlu silahla təchiz ediləcək. Qurğunun heyəti atəşi uzaqdan və ya zirehli kabinadan idarə edəcək. Layihəyə əsasən heyət 2-3 nəfərdən ibarət olacaq.

Xatırladaq ki, “Elbit Systems” şirkəti, 2019-cu ildə imzalanmış və dəyəri 280 milyon ABŞ dolları olan müqavilə əsasında IDF üçün yeni təkərli ÖAQ hazırlayır. 2019-cu ildə yeni ÖAQ-ın “ATMOS” olacağı bildirildi, lakin IDF “Sigma” adlanan tam avtomatlaşdırılmış versiyanı sifariş edib.

İDF-də istismarda olan ABŞ-ın M109 “Paladini” ÖAQ-ını əvəz etməkdən ötrü yeni artilleriya qurğusunun 2023-cü ildə ordunun silahlanmasına daxil edilməsi planlaşdırılır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS