İsrailin yeni kamikadze PUA-sı –VİDEO
İsrailin “Aeronautics Defense Systems” şirkəti tərəfindən hazırlanmış yeni “gəzən sursat”ın (kamikadze PUA) tanıtım videosu yayımlanıb.
“AzeriDefence”nin məlumatına görə, “Orbiter-K1” bazasında hazırlanmış və “Zeus” adı verilmiş bu “gəzən susrat”ın döyüş başlığı 2 kq-dır.
“Zeus” bazardakı bənzər sistemlərdən fərqli olaraq atışdan sonra hədəfin vurulmasına ehtiyac olmadıqda geri qaytarıla bilir. Bu zaman PUA paraşütlə eniş edir.
“Zeus” vasitəsi ilə hədəfləri izləmək və istənilən hissədən ona zərbə endirmək mümkündür.
Qeyd edək ki, Azərbaycan MSN “Aeronautics” şirkəti ilə əməkdaşlıq çərçivəsində iki npv – “Orbiter-2M” mini və “Aerostar” taktik PUA-ların istehsalını həyata keçirir.