İsveç Almaniyadan IRIS-T SLM hava hücumundan müdafiə sistemləri satın alıb

İsveç Almaniyadan IRIS-T SLM hava hücumundan müdafiə sistemləri satın alıb

İsveçin Müdafiə Avadanlıqları İdarəsi (FMV) Silahlı Qüvvələr üçün Almaniyanın “Diehl Defence” şirkətindən IRIS-T SLM hava hücumundan müdafiə sistemləri satın alıb.

“Poliqon” İsveç FMV-yə istinadən xəbər verir ki, yeddi ədəd IRIS-T SLM HHM batareyasının alınması üçün tərəflər arasında təxminən 930 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən, ilk IRIS-T SLM-lərin 2028-ci ilin ortalarına qədər, bütün sistemlərin isə 2030-cu ilin ortalarına qədər İsveç Silahlı Qüvvələrinə təhvil verilməsi planlaşdırılır.

CATEGORIES