İsveç Kanadaya RBS 70 NG DZRK-lər tədarük edəcək

İsveç Kanadaya RBS 70 NG DZRK-lər tədarük edəcək

İsveçin “Saab” şirkəti Kanada Silahlı Qüvvələrinə RBS 70 NG qısa mənzilli daşınan zenit raket kompleksləri (DZRK) tədarük edəcək.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, bunun üçün şirkət Kanada hökumətindən 168.3 milyard ABŞ dolları dəyərində sifariş alıb.

Sifarişə əsasən, “Saab” şirkəti RBS 70 NG DZRK-lərin Kanada Silahlı Qüvvələrinə çatdırılmasına cari il ərzində başlayacaq.

Qeyd edilib ki, sifarişə RBS 70 NG üçün bütün lazımi avadanlıqlar, o cümlədən atəş bölmələri, raketlər, nəqliyyat vasitələri, təlim və dəstək avadanlıqları daxildir.

CATEGORIES
TAGS