İsveç ordusu “Bandvagn 410” nəqliyyat vasitələrini sifariş verib

İsveç ordusu “Bandvagn 410” nəqliyyat vasitələrini sifariş verib

İsveç Müdafiə Nazirliyinin Maddi Təminat İdarəsi (FMV) ordunun tırtıllı qoşalaşdırılmış yüksək keçidlikli nəqliyyat vasitəsi parkını yeniləmək məqsədilə 127 ədəd “Bandvagn 410” yüksək keçidlikli nəqliyyat vasitəsi sifariş verib.

“Poliqon” xəbər verir ki, tədarükün 2022-ci ildən 2024-cü ilə qədər həyata keçirilməsi planlaşdırılır.

“Bandvagn 410” tırtıllı yüksək keçidlikli nəqliyyat vasitəsi “BvS10 MkII” kimi olaraq da tanınır. Bu maşın 2013-cü ildən “BAE Systems Hägglunds” şirkəti tərəfindən istehsal olunur. Xarici görünüşdən sələflərini – birinci nəsil “BvS 10” vasitəsini təkrarlayır, lakin daha güclü və tutumludur.

Xatırladaq ki, daha əvvəl, 4 oktyabr 2020-ci tarixində, Niderland Kral Dəniz Piyadaları Korpusu “BAE Systems Hägglunds” şirkətinin istehsalı “Bandvagn 206” və “BvS 10 Viking” transportyorlarını əvəz etmək üçün 124 ədəd “Bandvagn 410” zirehli transportyorları alındığını elan edib.

“Bandvagn 410” yüksək keçidlikli tırtıllı nəqliyyat vasitəsi amfibiya tipliidir. “BvS 10” maşını ilə müqayisədə yeni maşınlar daha yüksək mina mühafizəsinə və böyük yükqaldırmaya malikdir. İsveç Ordusunda tırtıllı qoşalaşdırılmış yüksək keçidlikli nəqliyyat vasitələri dörd versiyada istifadə olunur: hərbi nəqliyyat, tibbi, yük və komanda. Nəqliyyat vasitələri düz səthdə saatda 65 km sürət yığa və 4 km/saat sürətlə üzə bilir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS