İsveçrə Almaniyadan 81-mm-lik minaatan mərmiləri alır

İsveçrə Almaniyadan 81-mm-lik minaatan mərmiləri alır

İsveçrə hökuməti Almaniyanın “Rheinmetall” şirkətinə 81 mm-lik minaatan mərmiləri sifariş edib.

Bu barədə “Poliqon” “Rheinmetall” şirkətinə istinadən xəbər verib.

Bildirilib ki, İsveçrənin MX2-KM minaatanları üçün 81 mm-lik mərmilərin istehsalını “Rheinmetall”ın törəmə şirkəti olan “Rheinmetall EXPAL Munitions” həyata keçirəcək.

Sifarişə əsasən, mərmilərin müştəriyə tədarükünün 2025-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

CATEGORIES