İsveçrə səmasını “Patriot” ZRK qoruyacaq

İsveçrə səmasını “Patriot” ZRK qoruyacaq

ABŞ-ın “Raytheon Technologies” şirkəti İsveçrəyə 1.2 milyard dollar dəyərində “Patriot” zenit-raket kompleksi (ZRK) tədarük edəcək.

“Poliqon” “Raytheon Technologies”ə istinadən xəbər verir ki, bunun üçün şirkət ABŞ Ordusu ilə xarici hərbi satış müqaviləsi imzalayıb.

Müqaviləyə əsasən, şirkət sifarişçiyə beş atəş bölməsi həcmində “Patriot” ZRK və “MIM-104E Enhanced Missile-TBM” (GEM-T) zenit idarə olunan raketi tədarük edəcək. Razılaşmadan irəli gələn bütün bu işləri həyata keçirmək üçün ZRK-nin istehsalçısı “Raytheon Missiles and Defence” şirkəti İsveçrənin müdafiə sənayesi ilə birgə fəaliyyət göstərəcək.

Qeyd edək ki, bununla da İsveçrə qlobal səviyyədə “Patriot” ZRK-dən istifadə edən 18-ci, Avropada isə səkkizinci ölkə olacaq.

Poliqon.az

CATEGORIES
TAGS