
İtaliya çoxməqsədli döyüş gəmisini İndoneziya HDQ-yə təhvil verib
İtaliyanın “Fincantieri” şirkəti “KRI Prabu Siliwangi-321” çoxməqsədli döyüş gəmisini (Multipurpose Combat Ship – MPCS/PPA) İndoneziya Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verib.
“Poliqon” “Fincantieri”yə istinadən xəbər verir ki, bu münasibətlə şirkətin “Muggiano” tərsanəsində İtaliya, İndoneziya HDQ nümyəndələrinin və dövlət rəsmilərinin iştirakı ilə mərasim keçirilib
Mərasimdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın güclü olduğu bir daha vurğulanıb.
Qeyd edilib ki, “KRI Prabu Siliwangi-321” gəmisinin təhvili, ötən ilin iyul ayında çatdırılan eyni sinifli gəmi “KRI Brawijaya-320”nin ardınca baş tutur və bununla da “Fincantieri” tərəfindən İndoneziya HDQ üçün inşa edilən iki gəminin tədarükü tamamlanır.
Bu iki MPCS sinifli gəmi İndoneziya Hərbi Dəniz Qüvvələrinin ən böyük döyüş platformaları, həm də Hind-Sakit okean regionunda ən müasir və texnoloji baxımdan inkişaf etmiş döyüş gəmiləri olacaq.
Hər iki gəmi Asiya regionunun sabitliyi, İndoneziyanın milli maraqlarının qorunması üçün strateji əhəmiyyət daşıyır və eyni zamanda “Fincantieri” ilə İndoneziya Müdafiə Nazirliyi arasındakı tərəfdaşlığı daha da gücləndirir.
MPCS/PPA, döyüş əməliyyatları, dəniz patrulu, xilasetmə və mülki müdafiə fəaliyyətləri daxil olmaqla geniş çeşidli missiyaları yerinə yetirmək üçün hazırlanmış çox yönlü bir gəmi sinfidir. Gəmi həmçinin RHIB (Rigid Hull Inflatable Boat) kimi yüksəksürətli katerləri göyərtəyə quraşdırılmış yan kran və ya arxa hissədə yerləşən xüsusi rampadan suya buraxmaq imkanına malikdir. Gəminin uzunluğu 143 metr, sürəti 31 kont və ekipajı 171 nəfərdir.


