K239 “Chunmoo” YARS-ların ilk partiyası Polşaya göndərilir

K239 “Chunmoo” YARS-ların ilk partiyası Polşaya göndərilir

“Jelcz” yük maşınının şassisinə quraşdırılmış K239 “Chunmoo” yaylım atəşli reaktiv sistemlərin (YARS) ilk partiyası Cənubi Koreyadan Polşaya göndərilir.

“Poliqon” xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak özünün “Twitter” hesabında paylaşım edib.

O bildirib ki, YARS-ların ilk partiyası avqust ayının birinci yarısında Polşaya çatacaq və ölkənin Silahlı Qüvvələri tərəfindən istifadə olunmağa başlanacaq.

Qeyd edək ki, K239 “Chunmoo”nun istehsalçısı Cənubi Koreyanın “Hanwha Defense” şirkətidir. Bu YARS-ların satın alınması üçün Polşanın Müdafiə Nazirliyi və “Hanwha Defense” arasında müqavilə ötən ilin oktyabrında imzalanıb.

Bu müqavilə üzrə Polşa tərəfindən təhvil alınacaq 18 ədəd buraxıcı qurğu Ordunun 18-ci Mexanikləşdirilmiş Diviziyasının istifadəsinə veriləcək və ölkənin şərqini Rusiyadan gələn təhdidlərə qarşı qoruyacaq.

Poliqon.az

CATEGORIES
TAGS