KADEX-2016: MKE 105 mm çaplı topunu region bazarına təqdim edir – FOTO

MKE şirkət tərəfindən hazırlanmış 105 mm çaplı “Boran” topunu ilk dəfə olaraq Türkiyədən kənarda keçirilən müdafiə sərgisində nümayişə çıxarılıb.

“AzeriDefence”nin məlumatına görə, Qazaxıstanın paytaxtı Astanada keçirilən KADEX-2016 sərgisində nümayiş etdirilən top region dövlətlərini təmsil edən hərbçilər tərəfindən maraqla qarşılanıb.

Top “Çinok”, Mi-26 və Mi-17 tip helkiopterin asmasında havada daşına və keçilməz ərazilərdə istifadə oluna bilir. Hazırda kalifikasiya testləri davam edən topun Türkiyə Silahlı Qüvvələri ilə yanaşı xaricə ixracına dair danışıqlar gedir.

105 mm çaplı top ASELSAN şirkətinin istehsalı olan atış kontrol sistemi ilə yanaşı lülənin ağız hissəsində mərminin sürətini ölçən cihazla komplektləşdirilib.

Topun ilk partiyasının bu il içndə Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi planlaşdırılır.

CATEGORIES