KADEX-2016: Qazaxıstan EC-145 helikopterini yüngül hücum helikopterinə çevirir – ÖZƏL

Qazaxıstan EC-145 helikopterinin bazasında yüngül hücum helikopterinin hazırlanması proqramını nəzərdən keçirir.

Bu barədə “AzeriDefence”yə KADEX-2016 sərgisində Qazaxıstan hərbi sənayesindəki mənbə məlumat verib.

Hazırda personalın daşınması və polis/təhlükəsizlik əməliyyatlarında istifadə edilən helikopterdə proqrama uyğun olaraq “Airbus Helicopters” şirkətinin iştirakı ilə müəyyən dəyişikliklər ediləcək. Helikopter idarə olunmayan raket bloku, habelə idarə olunan raket və pulemyotla təchiz olunacaq.

Yeni helikopterin avionikasının ASELSAN şirkəti tərəfindən istehsal edilməsi nəzərdə tutulur.

Helikopter xüsusi təyinatlı qüvvələrin ehtiyaclarına uyğun şəkildə konfiqurasiya ediləcək.

Qeyd edək ki, Qazaxıstanın ehtiyaclarına uyğun olaraq EC-145 helikopterləri “Eurocopter Kazakhstan Engineering” müəssisəsində yığılır.

CATEGORIES
TAGS