KADEX-də 400 yerli və xarici şirkətlərin, müəssisələrin iştirakı gözlənilir
Qazaxıstanda keçiriləcək KADEX-2016 IV hərbi-texnoloji əmlak sərgisi iyunun 2-5 tarixlərində Hərbi Hava Qüvvələrinin Astanadakı bazasında keçiriləcək.
Sərginin işində müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlər iştirak edəcək.
Tədbir aşağıdakı tematik bölmələrdən ibarətdir:
- Aviasiya texnikası, PUA və kosmik texnologiyalar
• Quru qoşunlar və hərbi dəniz qüvvələri üçün texniki qurğular
• HHM sistemi vasitələri
• Qoşunların texniki təminat və təchizatı
• İT texnologiyaları, rabitə sistemləri və vasitələri
• Hərbi sferada texniki işlər
• Hərbi sahədə alternativ enerji mənbələri
Sərgi çərçivəsində Şanxay Əməkdaşlıq İttifaqına üzv ölkələrin müdafiə nazirlərinin mətbuat konfransı da keçiriləcək.
KADEX-də iştirak edən dövlətlərin – Qazaxıstan, Rusiya, Özbəkistan, Çin, Qırğızıstan, Tacikstanın müdafiə nazirləri iştirakçı, Əfqanıstan, Hindistan, İran, Monqolustan, Pakistan, Belorus, Türkiyə və Şri-Lankadan olan nümayəndələr isə müşahidəçi kimi dəvət olunublar.
Təşkilatçıların proqnozlarına görə, KADEX-də 400 Qazaxıstan və xarici şirkət və müəssisələr iştirak edəcək.
İştirakçılar öz məhsullarının 8 qapalı və açıq pavliyonda nümayiş etdirəcəklər. Sərgi meydançasının ümumi sahəsi isə 45 000 kv.m olacaq.
Sərgiyə 15 min mütəxəssisin və 50 rəsmi nümayəndə heyətinin gələcəyi ehtimal olunur.