“Kalaşnikov” ilk dəfə SKAT-350M PUA-nın uçuşu ilə bağlı videogörüntü paylaşıb – VİDEO

“Kalaşnikov” ilk dəfə SKAT-350M PUA-nın uçuşu ilə bağlı videogörüntü paylaşıb – VİDEO

Rusiyanın “Kalaşnikov” konserni ilk dəfə olaraq SKAT-350M pilotsuz uçuş aparatının (PUA) uçuşunu əks etdirən videogörüntü paylaşıb.

“Poliqon” xəbər verir ki, videogörüntü “Kalaşnikov” konserninin “Telegram” kanalında yayımlanıb.

Bildirilib ki, gecə-gündüz havadan kəşfiyyatın aparılması üçün nəzərdə tutulmuş SKAT-350M PUA xüsusi hərbi əməliyyat zonasında rusiyalı hərbçilər tərəfindən səmərəli istifadə olunur.

Qeyd edək ki, kəşfiyyat məqsədli PUA olan SKAT-350M özünü sübut etmiş “Supercam 350” pilotsuz uçuş aparatının dərin modernləşdirilmiş versiyasıdır. İstehsalçının sözlərinə görə, PUA-nın idarə edilməsində praktiki təcrübəni nəzərə alan “Kalaşnikov” mütəxəssisləri SKAT-350M-də aerodinamik xüsusiyyətləri əhəmiyyətli dərəcədə yaxşılaşdırıblar və yerüstü idarəetmə avadanlığı kompleksini modernləşdiriblər.

PUA yeni qanad dizaynı və idarəetmə elementləri alıb, habelə onların mexaniki gücü və əməliyyat etibarlılığı artırılıb. Kompleksin bir çox funksiyaları avtomatlaşdırılmışdır ki, bu da operatorun təlimini və sonrakı işini asanlaşdırır.

SKAT-350-M daha yüksək performans xüsusiyyətlərinə malik yeni hədəf yükündən istifadə edir, həmçinin gündüz və termal kameraların işini yaxşılaşdıran texniki həllər tətbiq edir. Yenilənmiş alqoritmlərə malik müasir modul operatorun hədəfləri aşkarlamağını və davamlı şəkildə izləməyini asanlaşdırır.

Əsas performans xüsusiyyətləri:

  • Qanad genişliyi – 3.2 m
  • Uçuş müddəti – 240 dəqiqəyə qədər
  • Sürət – 72-120 km/saat
  • Mühərrik növü – elektrik
  • Maksimum uçuş çəkisi – 15 kq
  • Uçuş hündürlüyü – 300-2000 m
  • Buraxılış qurğusu – elastik katapult/pnevmatik katapult
  • Eniş – avtomatik və ya yarı avtomatik rejimlərdə paraşütlə

Xatırladaq ki, “Kalaşnikov” konserninin tərkibindəki “İjevsk Aviasiya Zavodu”nda kütləvi istehsal olunan SKAT-350M pilotsuz uçuş aparatı ilk dəfə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 2-ci Ümumdünya Müdafiə Sərgisində (WDS-2024) təqdim edilib.

CATEGORIES
TAGS