“Kalaşnikov” konserni müştəriyə qara rəngli təchizatı çatdırıb

“Kalaşnikov” konserni müştəriyə qara rəngli təchizatı çatdırıb

“Triada-TKO” şirkəti (“Kalaşnikov” konserninin tərkibinə daxildir) sınaq üçün müştəriyə qara “Antrasit” rəngində geyim forması və təchizatın partiyasını tədarük edib.

“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, konsern güc strukturlarını tam miqyaslı sınaqlar üçün yeni təchizatla təchiz etməyə davam edir.

Müştərinin adı açıqlanmır, lakin onun Rusiyanın Milli Qvardiyası olması ehtimal olunur.

Təchizat dəstinə yay, demi-sezon, küləyə və nəmə davamlı, istiləşdirilmiş, yüngül istiləşdirilmiş kostyumlar; yun (flis) gödəkçə; yun (flis) alt paltarı; qısa qollu köynəklər (futbolka) və polo köynəklər; baş geyimləri; yay əlcəkləri (LXA FR) və demi-sezon əlcəklər (LXB) daxildir.

Yuxarıda sadalananlarla yanaşı təchizat dəstinə modul kəmər, çoxfunksiyalı modul kəmər, müxtəlif çantalar, T20 bel çantası və əməliyyat bel çantası daxildir.

Yaradıcı şirkət bildirir ki, təchizatı sınaqdan keçirdikdən sonra məmulatların müştəriyə sonrakı çatdırılması barədə qərar qəbul ediləcək.

Qeyd edək ki, “Kalaşnikov” konserninin tərkibinə daxil olan “Triada-TKO” şirkəti peşəkar döyüş və taktiki geyim, həmçinin təchizat istehsal edir.

Xatırladaq ki, əvvəllər “Kalaşnikov” konserni sınaqların keçirilməsindən ötrü qoşunlara döyüş maşınının heyətləri üçün odadavamlı materiallardan hazırlanmış yeni qoruyucu dəstlər, həmçinin ikinci dərəcəli Br2 mühafizəsini təmin edən, ultra yüksək molekulyar ağırlıqlı polietilendən hazırlanmış öz layihəsi olan yeni perspektivli ümumi təyinatlı zirehli dəbilqə göndərmişdi.

Antrasit rəngi eyni adlı mineralın adını daşıyan bir rəngdir, yalnız dərin qara kölgəyə malik deyil, burada boz, mavi və ya hətta qəhvəyi notları təxmin edilə biləcək bütün çalarları görmək mümkündür. O, daha çox moda kolleksiyalarında və daxili bəzəkdə (dekorasiyada) istifadə olunur.

Əhəd Vahidoğlu

CATEGORIES