“Kalaşnikov” konserni PPK-20 tapança-pulemyotunu təkmilləşdirib

“Kalaşnikov” konserni PPK-20 tapança-pulemyotunu təkmilləşdirib

“Kalaşnikov” konserninin Konstruktor-Texnologiya Mərkəzinin mütəxəssisləri 9 mm-lik PPK-20 tapança-pulemyotunun bolt və qaytarıcı mexanizminin konstruksiyasını təkmilləşdirib.

“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, əsas məqsəd bu silahın taktiki-texniki və erqonomik xüsusiyyətlərini yaxşılaşdırmaq, texnoloji baxımdan daha təkmil etməkdir.

Xüsusilə, edilən dəyişikliklər PPK-20-nin istifadə etdiyi patron çeşidini genişləndirir.

Qeyd edilib ki, Konstruktor-Texnologiya Mərkəzinin əməkdaşları tərəfindən silahın keyfiyyətinin yüksəldilməsi ilə bağlı işlər mərhələli şəkildə həyata keçirilir. Bununla paralel olaraq, tapança-pulemyotun daxili müştərilərə tədarükünə dair dövlət müqavilələri də yerinə yetirilir.

Konsernin bildirdiyinə görə, xarici tərəfdaşlar da PPK-20 ilə maraqlanırlar. Çünki PPK-20, tapança-pulemyot sinifdəki silahlara qoyulan müasir tələblərə tam cavab verir. Bu səbəbdən PPK-20-nin ixrac potensialı böyükdür. Sözügedən faktı Minsk şəhərində keçirilmiş MILEX-2025 sərgisində PPK-20-yə olan maraq da təsdiqləyib.

Hazırda 9 mm-lik PPK-20 tapança-pulemyotu bir sıra ölkələrə də seriyalı şəkildə tədarük olunur.

CATEGORIES
TAGS