“Kalaşnikov” yeni kamikaze dronlar hazırlayır

 “Kalaşnikov” yeni kamikaze dronlar hazırlayır

Rusiyanın “Kalaşnikov” konserninin törəmə şirkəti olan “Zala Aero Group” kamikaze dronları da daxil olmaqla yeni pilotsuz uçuş aparatların (PUA) yaradılması üzərində işləyir.

“Azeri Defence” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə müsahibəsində “Rostex” Dövlət Korporasiyasının silah kompleksinin sənaye direktoru Bekxan Ozdoev deyib.

B.Ozdoev qeyd edib ki, “Zala Aero Group” şirkəti KUB, “Lancet-1” və “Lancet-3” də daxil olmaqla bir neçə adda zərbə PUA-ları istehsal edir: “Lakin, biz bunlarla kifayətlənmirik və davamlı olaraq kamikaze dronları da daxil olmaqla yeni PUA-ların yaradılması üzərində çalışırıq”.

CATEGORIES
TAGS