“Kalaşnikov”un QP-46 lüləaltı qumbaraatanı ilk dəfə ADEX-2024-də təqdim olunacaq

“Kalaşnikov”un QP-46 lüləaltı qumbaraatanı ilk dəfə ADEX-2024-də təqdim olunacaq

Rusiyanın “Kalaşnikov” konserni tərəfindən istehsal ediən 40×46 mm-lik QP-46 lüləaltı qumbaraatanı ilk dəfə 24-26 sentyabr tarixlərində Bakıda keçiriləcək ADEX-2024 beynəlxalq müdafiə sərgisində təqdim olunacaq.

“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, QP-46 lüləaltı qumbaraatanı düşmənin açıq ərazilərdə, səngərlərdə, zirehsiz və yüngül zirehli texnikalardakı şəxsi heyətini məhv etmək üçün nəzərdə tutulub.

O, həm “Kalaşnikov”un AK seriyalı (AK-103, AK-203, AK-15, AK9) avtomatlarına taxıla, həm də xüsusi qundaq quraşdırılaraq ayrıca silah kimi istifadə edilə bilər. Atış məsafəsi 400 metr təşkil edən QP-46-nın doldurulması qumbaraatan lüləsinin sola və sağa çevrilməsi zamanı baş verir.

QP-46 lüləaltı qumbaraatanının texniki xassələri:

  • Uzunluğu – 380 mm
  • Çapı – 40 mm
  • Kütləsi – 1.6 kq
  • Atış məsafəsi – 400 m
  • Atəş sürəti – dəqiqədə 5-6 mərmi
CATEGORIES
TAGS