
Kanada ABŞ-dan çox sayda aviasiya bombası və tuşlama dəsti alacaq
ABŞ Dövlət Departamenti 2.68 milyard dollar dəyərindəki aviasiya sursatlarının Kanadaya satışını təsdiq edib.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.
Bildirilib ki, sifarişə müxtəlif tipli tuşlama dəstlərinin, aviasiya bombalarının və təlim sursatlarının satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Sifariş üzrə aşağıdakılar alınacaq:
- 100 ədəd Mk-82 bombası;
- 220 ədəd 2000 funtluq BLU-117 bombası;
- 3414 ədəd 500 funtluq BLU-111 bombası;
- 3,108 ədəd GBU-39 SDB-I bombası;
- 5352 ədəd KMU-572 JDAM tuşlama dəsti;
- 396 ədəd KMU-556 JDAM tuşlama dəsti;
- 140 ədəd KMU-557 JDAM tuşlama dəsti;
- 2004 ədəd SDB-II bombası və s.
Sözügedən sifarişin baş podratçıları ABŞ-ın “Boeing” və “RTX Corporation” şirkətləri olacaq.
TAGS Manşet


