Kanada ABŞ-dan P-8A “Poseidon” təyyarələri alacaq
ABŞ hökuməti Kanadanın 5.9 milyard dollar məbləğində P-8A “Poseidon” dəniz patrul təyyarəsi almaq istəyini qəbul edib.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.
Bildirilib ki, sifarişə 16 ədəd P-8A patrul təyyarəsinin və lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət, ehtiyyat hissə və logistika dəstəyinin göstərilməsi aiddir.
Sifariş ilə bağlı baş podratçı rolunda ABŞ-ın “Boeing” şirkəti çıxış edəcək.
Qeyd edək ki, P-8A “Poseidon” təyyarəsi “Boeing” 737-800ERX mülki sərnişin təyyarəsinin əsasında yaradılıb. ABŞ HDQ 2010-cu ilin avqustunda təyyarənin istehsalına icazə verib. O, 6 xarici və 5 daxili asma nöqtəsi ilə 9 tona qədər silah daşıya bilir. Bu asma nöqtələrinə gəmi əleyhinə və qanadlı raketlər, torpedalar, dəniz minaları və aviasiya bombaları quraşdırmaq mümkündür.
Əsas texniki xassələri: heyəti – 9 nəfər (2 pilot, 7 operator); uzunluğu – 39.47 m; qanad açıqlığı – 37.64 m; hündürlüyü – 12.83 m; qanadının sahəsi – 133.59 m²; boş vəziyyətdə kütləsi – 41 434 kq; maksimal uçuş kütləsi – 85 820 kq; daxili çənlərdəki yanacağın kütləsi – 34,096 kq; güc qurğusu – 2 ədəd CFM International CFM56-7B turboreaktiv mühərrik; dartqı qüvvəsi – 2 × 120 kN.
Əsas uçuş xassələri: maksimum uçuş sürəti – 907 km/saat; kreyser sürəti – 815 km/saat; patrulluq/axtarış sürəti – 60 m hündürlükdə 333 km/saat; döyüş radiusu – 3700 km; uçuş məsafəsi – 8,300 km; praktiki uçuş tavanı – 12500 m.