Kanada Ukraynaya “Leopard 2” tankı təhvil verəcək

Kanada Ukraynaya “Leopard 2” tankı təhvil verəcək

Kanada Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinə 4 ədəd “Leopard 2” tankı təhvil verəcək.

“Poliqon” xəbər verir ki, bu barədə Kanada Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, nazirlik Ukrayna Ordusuna həm “Leopard 2” tanklarını, həm də onun ehtiyyat hissələrini və döyüş sursatlarını tədarük edəcək.

Həmçinin texnikadan istifadə edəcək ukraynalı hərbçilərə də lazımi təlimlərin keçiriləcəyi qeyd olunub.

Xatırladaq ki, Almaniya, Finlandiya, İspaniya, Niderland, Polşa, Norveç və Portuqaliya da ümumilikdə Ukraynaya 80 ədəd “Leopard 2” tankı verəcək.

Bundan başqa Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rəsmi “Facebook” hesabında Polşadan 30 ədəd PT-91 “Twardy” tankının təhvil alındığını açıqlayıb.

Poliqon.az

CATEGORIES
TAGS